Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi açıqlama

Mediadan daxil olan sorğulara cavab olaraq bildiririk ki, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək. Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər. Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

Əvvəlki məqalə

Ceyhun Bayramov Fələstin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Rusiyada axtarışa verilən 21 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb