“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin ikinci tədbiri Binəqədi rayon Bələdiyyəsinin təşkilati dəstəyilə 6 iyul 2026-cı il tarixində Binəqədi Rayon Bələdiyyəsində həyata keçirilib.
Binəqədi rayon Bələdiyyəsinin sədri cənab Mürsəl Eminov tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra cənab Mürsəl Eminov layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.
Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi ayırdığına görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə Binəqədi Rayon Bələdiyyəsinin sədri cənab Mürsəl Eminova minnətdarlığını bildirib. Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırdı və “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışlarının videoları təqdim olundu və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri İradə Rzazadə, İctimai Şuranın üzvləri Əbülfəz Mahmudov və Füzuli Həsənov, Əbdürəhim bəy Haqverdiyev Mərkəzinin direktoru Eldar Məlik Abbas, QHT sədri Pərviz Deystani çıxış edərək mövcud problemlərdən danışdılar və belə tədbirlərin vacib və əhəmiyyətli olduğunu vurğulayıblar, xüsusilə bələdiyyələrlə birgə tədbirlərin il ərzində keçirilməsini dəstəklədiklərini qeyd edərək, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər.
Daha sonra Ağdam rayonundan keçmiş məcburi köçgün Zakir Kərimov Qarabağa Böyük Qayıyıdış və yurdlara dönüşlə əlaqədar probleminin olduğunu bildirdi və doğma yurda qayıtmaq üçün Bakı İctimai Əməkdaşlıq Mərkəzindən dəstək istədiyini bildirdi.
Sonda Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketi Rauf Zeyni tərəfindən cənab Mürsəl Eminova təqdim edildi. “Bakı İctimai Əməkdaşlıq Mərkəzinin layihə çərçivəsində daha dörd rayonun bələdiyyəsilə müvafiq tədbirləri iyul ayının birinci yarısında həyata keçiriləcək.

























