“Bakı ilə münasibətlərdə növbəti addımın atılması zəruridir”- Ermənistan Baş naziri

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə münasibətlərdə növbəti addımın atılması, delimitasiya üçün əsasların müəyyənləşdirilməsi və Azərbaycanla sərhədin demarkasiyası üzrə işlərin başlanması zərurətini bəyan edib.

Azpost.info xəbər verir ki, Paşinyan bunu hökumətin iclası zamanı deyib.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəldikdən sonra sərhəd boyu müxtəlif ərazilərdə gərginlik yaratmaq cəhdləri qəbuledilməz və anlaşılmazdır.

“İndi növbəti addımı atmaq – delimitasiyanın əsaslarını müəyyənləşdirmək və dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə işə başlamaq lazımdır. Regional nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasına gəlincə, mən bir daha təsdiq edirəm ki, Ermənistan ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipləri əsasında buna hazırdır”, – Ermənistan Baş naziri bildirib.

Azpost.info

Əvvəlki məqalə

Çovdarov general pensiyası almaq üçün müraciət etdi –

Sonrakı məqalə

Camaat pulunu banklara niyə qoymur? –