Ermənistanın Baş naziri Paşinyan sepatarçı guruhun rəhbəri Araik Arutunyanı İrəvanda qəbul edərkən onlara Xankəndinin Bakı ilə danışmasının vacib olduğunu bildirib.
Azpost.info bildirir ki, “İravunk” nəşri İrəvandakı görüşün bəzi detallarını öyrənə bilib. “Paşinyan deyib ki, Qarabağ öz xarici siyasi xəttini özü müəyyən etməlidir. Bu məsələdə Ermənistana ümid etmək lazım deyil”-deyə qəzet vurğulayıb.
Paşinyan deyib ki, yaranmış vəziyyət və geosiyasi proseslər Ermənistanın taleyi təhlükə altına salıb.
Görüşdə deyilib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır.
Paşinyan eyni zamanda Xankəndinin maliyyə çətinliyi ilə üzləşməyəcəyini vəd edib.