Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakı məktəblərində I sinfə qəbulla bağlı 31 min 225 sorğu yerləşdirilib

Orkhan Ali 20 İyun 2024 - 17:44 (Last updated: 21 May 2025 - 20:15)
mekteb elifba

İyunun 20-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 31 min 225 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5302 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2033-ü alternativ qeydiyyat mərkəzlərində, 107-si onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 2 306-sı sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 856 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-dək davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə, eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (+994 70 996 76 63, +994 70 996 36 62, +994 70 996 46 68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Post navigation

Previous: Azərbaycan Dəmir Yolları bayram günləri 53 mindən çox sərnişin daşıyıb
Next: YAP-ın parlamentin buraxılması təşəbbüsü ilə bağlı bəzi detallar məlum olub

Oxşar xəbərlər

din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan...
Read more about Prezident İlham Əliyev Türkiyəyə getməyəcək
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.