Bakı metrosu avqustun 5-dək işləməyəcək

17 İyul 2020 - 22:49

Nazirlər Kabinetinin bugünkü 256 nömrəli qərarının 2.3 bəndi metropolitenin sərnişindaşıma fəaliyyəti ilə bağlıdır. Əvvəlki qərarın (236 nömrəli) 2.2 bəndindəki “20 iyul” ifadəsi “5 avqust” ifadəsi ilə əvəz olunub.

“Bakı Metropoliteni”nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə Bakı metrosu avqustun 5-i səhər saat 06:00-a qədər sərnişin daşımayacaq.