Bakı metrosunda partlayış törədən şəxsin əfv olunması barədə xəbər doğru deyil

Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxsin əfvə düşməsi barədə yayılan məlumat doğru deyil.

Metro partlayışı ilə əlaqədar həbsdə olan şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur.

Sərəncama əsasən, əfvə düşən Aslanov Azər Məhərrəm oğlunun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəmkirin sabiq icra başçısının oğlunu qətlə yetirən Vüqar Əliyevin ömürlük cəzası 25 ilə endirilib

Sonrakı məqalə

“İslam Universiteti məzunlarının diplom ala bilmədiklərindən xəbərdarıq” –