Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır

31 Yanvar 2020 - 12:53

Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə sözügedən istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək.

Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkət edir.