Rusiyada zavodda partlayış olub

1580460000322_olg0OC57

Bu gün Rusiyanın Orlov vilayətində zavodda partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Mçensk şəhərində qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində zavodun tavanı çöküb, 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bir nəfər isə dağıntılar altında qalıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir