Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakı ravvini Ermənistan yəhudilərini Azərbaycana sığınmağa çağırıb

User 11 Sentyabr 2023 - 21:42 (Last updated: 21 May 2025 - 20:15)
ravvin

Avropa və Amerikada ravvinlərin erməni təbliğatı ilə Azərbaycanı demonizasiyasına və Holokost mövzusundan istifadəsinə qarşı kampaniyanın təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda qalan son yəhudilərə videomüraciət edib.

Din xadiminin müraciəti teleqram kanalında yayımlanıb.

Müraciətdə deyilir: “Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayaraq böyük təzyiq altında olduqlarını deyiblər. Onlar erməni təbliğatının Holokost terminologiyasından istifadəsinə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrini ravvinlərinin təşəbbüsü ilə bağlı təhdid edilirlər.

 

Mənə videomüraciətimdən sonra bütün dünyada ravvinlərin etirazını dayandırmaq tələbi çatdırıldı. Mən bacarmıram. Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyinin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəzəblənməyə bilmirəm. Mən eyni fikirdə olan digər ravvinləri inandıra bilmirəm ki, ölən 6 milyon soydaşımızın bu şəkildə alçaldılmasına icazə vermək olmaz.

 

Mən hələ də Ermənistanda yaşayan bir neçə yəhudiyə müraciət edirəm ki, bu ölkəni tərk etsinlər. Axı, fərqli fikirdə olduğu üçün təhdid olunduğunuz ölkədə yaşaya bilməzsiniz.

 

Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadəni müdafiə etməyə məcbur edilirsinizsə, oradan çıxın!

 

Elə bir ölkəyə gedin ki, yəhudilərə dini baxışlarına görə təqib edilmirlər. Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!

 

İstəyənlər Facebook vasitəsilə mənimlə əlaqə saxlaya bilər və mən açıq şəkildə öhdəmə götürürəm ki, sizi burada qarşılayacaq, Azərbaycan vətəndaşlığı verəcəklər və təbii ki, təhlükəsizliyiniz təmin ediləcək. Hətta İsraildə deyirlər ki, Azərbaycan yəhudilərin yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir.

 

Ermənistanda kimsə sizə nifrətini çıxarmaq qərarına gələnə qədər gözləməyin!

 

Mən bilirəm ki, İrəvandakı ayrı-ayrı yəhudilərə Ermənistanı dəstəkləmək üçün təzyiqlər edilir. Ancaq bu sevgi elanı kimi olacaq, ancaq bıçaq boğaza dirənmiş olacaq!”

 

Ravvin İsayev şəxsi Facebook səhifəsində Azərbaycanda məskunlaşmaq üçün konkret kimin köməyinə hazır olduğunu açıqlayıb: “Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın, sizə Azərbaycana köçməyə kömək edərəm”.

Post navigation

Previous: Rumıniya Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Next: “ABŞ Qarabağı müstəqil ölkə kimi tanımır” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.