Bakı sakinini küçədə daşla vurub öldürdülər

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq xəsarət yetirilməsi və aldığı xəsarətdən 15 sentyabr 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumatda bidirilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Kamran Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə uçan avtomobil sınaqdan keçirilib

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb