Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

08 Sentyabr 2021 - 11:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda bildirilib.

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.