Bakı və İrəvan münasibətlərini normallaşdırmağa çox yaxındır –HAKAN FİDAN

Türkiyə XİN rəhbəri Hakan Fidan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən danışıb.

Bu barədə Türkiyə xarici işlər naziri ADF2024-ün açılış mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxındır.

XİN rəhbəri qeyd edib ki, bu, regional təşəbbüslərin sayəsində baş verir.

Hakan Fidanın sözlərinə görə, beynəlxalq hüquq sistemi bu kimi münaqişələrə həll yolu tapa bilmir.

Nazir onu da vurğulayıb ki, Türkiyə bir çox münaqişə və problemlərin həlli üçün aktiv və müsbət səylər göstərir.

Əvvəlki məqalə

Şərurda şagirdlər arasında mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

Sonrakı məqalə

Salyanda ana və oğlu qətlə yetirilib, ailə üzvü şübhəli bilinir