Bakı və İrəvan MDB dövlət başçılarının sammitində iştirakdan imtina etməyib

Azərbaycan və Ermənistan MDB dövlət Başçılarının Bişkekdə keçiriləcək sammitində iştirakdan imtina etməyib.

Azpost.info bildirir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukrayna və Moldova istisna olmaqla, digər ölkələrin liderlərinin Bişkekdə sammitdə iştirakını gözləyirlər. Əksər ölkələr öz iştirakını təsdiqləyib.

Qarabağ ətrafındakı vəziyyət fonunda Ermənistan və Azərbaycanın Bişkek sammitində iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir dövlətin iştirakdan imtina etməsi barədə məlumatı yoxdur.

“Ümid edirik ki, Ukrayna və Moldova istisna olmaqla, əksər dövlətlər bu tədbirdə təmsil olunacaqlar”, – MDB İcraiyyə Komitəsinin baş katibi əlavə edib.

MDB dövlət başçılarının sammiti oktyabrın 13-də Qırğızıstanın paytaxtında keçirilməsi planlaşdırılıb.

Azpost.info 

Əvvəlki məqalə

Kreml Putinin prezident seçkilərindəki nümayəndələrinin siyahısını hazırlayır

Sonrakı məqalə

Xələf Xələfov İrana gedir