Bakıda ər və arvad hamamada dəm qazından zəhərlənib öldülər

21 Fevral 2020 - 09:31

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.