Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

19 Aprel 2021 - 09:10

28 May-K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu səbəbdən hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.