Bakıda 15 yaşlı hamilə yeniyetmə vəfat edib

hamile qiz

Bakıda 15 yaşlı hamilə yeniyetmə vəfat edib.

Hadisə fevralın 6-da 3 Saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb.

Belə ki, yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, naməlum səbəbdən uşağını itirən yeniyetmə reanimasiyaya yerləşdikdən sonra dünyasını dəyişib.

Məsələ ilə bağlı Xəstəxanadan APA-ya verilən açıqlamaya görə, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: “Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb” – xəstəxanadan bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir