Bakıda itkin düşən 16 yaşlı yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
**
Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm., sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.
Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.