Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Qarabağı müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda itkin düşən16 yaşlı yeniyetmə tapıldı –

Sonrakı məqalə

“İşğaldan azad edilən ərazilərə icazəsiz səfər etməyin!” –