Bakıda 18 məktəb direktoru işdən çıxarılıb –

QƏRAR
30 İyul 2020 - 17:17

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində olan 18 məktəbin direktoru ilə əmək müqavilələrinə xitam verib. Bu barədə Şəhər Təhsil İdarəsinin məlumatında bildirilir.

Belə ki, 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262 və 322 saylı məktəblərin direktorları ilə əmək müqavilələrinə xitam verilib.

14 direktorun səlahiyyətlərinə yaş həddinə çatmaları ilə əlaqədar xitam verilib.

4 direktorun əmək müqaviləsinin müddəti başa çatıb.

20 məktəbin direktoru isə başqa ümumtəhsil məktəblərində eyni vəzifəyə təyin edilib