Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub. 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlu oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub. Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.