Bakıda 20 yaşlı gənc qız özünü 20-ci mərtəbədən yerə atdı

19 Fevral 2021 - 12:06

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.

Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır. (Report)