Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39 (Last updated: 26 Oktyabr 2026 - 17:39)
tramp netanyahu

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun xahişinə baxmayaraq, İsraildə keçiriləcək seçkilərdən əvvəl İranla birgə zərbə endirilməsi təklifini qəbul etməyib.

Bu barədə CNN telekanalı ABŞ və İsrail mənbələrinə istinadən məlumat yayıb.

“Netanyahu birgə hücumun vacibliyinə Trampı inandırmağa çalışırdı və seçkilərdən əvvəl İrana zərbə endirilməsini çox istəyirdi. Lakin Tramp razılaşmadı”, – deyə İsrail mənbəsinin sözlərini CNN yayıb.

Mənbənin bildirdiyinə görə, qərara təsir edən səbəblərdən biri İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin xəbərdarlığı olub. O, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə İrana zərbə endirilməsinin İsraildə keçiriləcək seçkilərə mənfi təsir göstərəcəyini və onların təxirə salınmasına səbəb ola biləcəyini bildirib.

CNN-in həmsöhbətlərinin məlumatına görə, İsrail son həftələrdə İrana hücum üçün hazırlıqlar görüb və ABŞ rəsmiləri arasında bu zərbələrin endirilməsinə dəstək qazanmağa çalışıb. Lakin hazırda planlar təxirə salınıb. İsrail ABŞ-la birgə əməliyyatlara hazırlaşır. Bu əməliyyatların, ehtimal ki, ABŞ Konqresinə aralıq seçkilərdən sonra keçirilməsi nəzərdə tutulur.

Mənbələr bildiriblər ki, İsrail hücumun təxirə salınmasına qismən ona görə razılaşıb ki, raket hücumlarından müdafiə sahəsində ABŞ-ın dəstəyinə ehtiyacı var.

ABŞ və İsrail-İran qarşıdurmasında son vəziyyət

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham etdiyi İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır. Dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən 20 faizi bu marşrut vasitəsilə həyata keçirilir.

Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırılmasına və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərilməsi strategiyasına keçildiyinə dair siqnallar verib.

AzPost.az

Post navigation

Previous: Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Next: “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

Oxşar xəbərlər

putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.