Bakıda 3 rəfiqə itkin düşdü – Polis işə qarışdı

itkin
itkin

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqə itkin düşüb.

AzPost bildirir ki, Teleqraf-ın xəbərinə görə, bu barədə onların valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatır, lakin onlar zənglərə cavab vermirlər.

Sosial şəbək istifadəçiləri yazırlar ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşb. “Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb”, – sosial şəbəkə hesabınlarında belə bir məlumat qeyd olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, itkin düşdüyü iddia olunan qızların valideynləri polisə müraciət edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı evi tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

“Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür” – deyə Elbrus İbrahimov bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.