Bakıda 3 xarici tələbə tüstüdən boğularaq öldü-Adları məlum olub

Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.

Bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib.

Səbail RPİ-dən verilən məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. 1995, 1997 və 1999-cu il təvəllüdlü həmin üç qız Qərbi Xəzər Universitetinin tələbələri imiş.

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub.

Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir. Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Hazırda hadisə yerində polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin FHN-in yanğınsöndürənləri araşdırma aparır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp İrana qarşı yeni sanksiyaların artıq qüvvəyə mindiyini açıqlayıb

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 22 dəfə pozub