Tramp İrana qarşı yeni sanksiyaların artıq qüvvəyə mindiyini açıqlayıb

tramp foto

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, amerikalı lider Vaşinqtonun hansı sərt tədbirlərə əl atdığını bildirməyib.

ABŞ-ın İrana qarşı əvvəlcədən elan edilmiş sanksiyaları nə vaxt tətbiq edə biləcəyi ilə bağlı jurnalistlərin sualına isə Tramp: “dərhal”, – deyə cavab verib.

“İndi onlar əhəmiyyətli dərəcədə artırılıb. Mən bunu təzəlikcə Maliyyə Nazirliyi ilə təsdiqlədim”, – Tramp belə deyib.

ABŞ lideri söhbətin hansı sanksiyalardan getdiyinə toxunmayıb, ancaq əlavə edib ki, bununla bağlı müvafiq açıqlama veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir