Bakıda 45 nömrəli məktəbdə distant tədrisin müddəti uzadılıb

61f7841087fb061f7841087fb1164361115261f7841087fad61f7841087fae

Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti 7 gün uzadılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir