Bakıda 5 İran vətəndaşı koronavirusa görə xəstəxanaya yerləşdirildi

01 Mart 2020 - 13:01

Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib.

Nəsimi rayonunda yerləşən “Holiday İnn Baku” hotelində müştəri olan İran İslam Respublikasının vətəndaşı həkim nəzarətinə götürülüb.

TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.