Sabahın hava proqnozu –Bakıya yağış, dağlıq və dağətəyi rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.  

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.  Havanın temperaturu  gecə 4-6° isti, gündüz  6-9° isti, Bakıda  gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

Martın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 1-6° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5°  isti  olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 5 İran vətəndaşı koronavirusa görə xəstəxanaya yerləşdirildi

Sonrakı məqalə

Türkiyədən Avropa İttifaqı ölkələrinə 76 mindən çox qaçqın keçib