Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
qeza_polis

Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib.

Barəsində olan cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışa verilən Qədəm Tarverdiyevanın yeri müəyyən olunub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin xəbərdarlıqlara baxmayaraq, növbəti dəfə iclasda iştirak etmədiyi bildirilib.

Məhkəmə Qədəm Tarverdiyevanın axtarışa verilməsini, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar verib. / APA/

 

Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz olaraq torpaqları zəbt edib. Həmçinin 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 min 600 manat təşkil edən çoxlu sayda məişət əşyası oğurlayıb.

Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.

O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

O, 2020-ci ilin aprel ayında əfv sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilib.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı
Next: Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54

xƏBƏR

veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
2027-ci ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik sahəsi üzrə xərclərin ümumi məbləği 8 milyard 816...
Read more about Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?
Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub? dollar02
  • Baş Yazı

Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub?

User 04 Noyabr 2026 - 11:16
Qarabağın bərpasna 3,4 milyard manat – 2027-ci ildə hansı işlər görüləcək? default
  • İqtisadiyyat

Qarabağın bərpasna 3,4 milyard manat – 2027-ci ildə hansı işlər görüləcək?

User 04 Noyabr 2026 - 11:06
Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur? korpeler
  • Sosial

Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?

User 04 Noyabr 2026 - 10:52
Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq Tramp
  • Dünya

Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq

User 04 Noyabr 2026 - 10:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.