Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21 (Last updated: 04 Noyabr 2026 - 11:22)
veteran pulu

veteran pulu

2027-ci ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik sahəsi üzrə xərclərin ümumi məbləği 8 milyard 816 milyon 401 min 550 manat nəzərdə tutulub.

Azpost.info bildirir ki, büdcə sənədinə əsasən, bu vəsait müdafiə qüvvələrinin saxlanılması, milli təhlükəsizlik, sərhəd xidmətinin fəaliyyəti və digər müdafiə-təhlükəsizlik tədbirlərinə yönəldiləcək.

Ən böyük vəsait müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün nəzərdə tutulub. Bu istiqamətə 4 milyard 413 milyon 672 min manat ayrılması planlaşdırılır. Həmin məbləğin 4 milyard manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərdir. Bu xüsusi layihələr üçün nəzərdə tutulan vəsait müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 45,4 faizini təşkil edir.

Müdafiə qüvvələrinə 3,3 milyard manat

Layihədə ayrı-ayrı istiqamətlər üzrə xərclər belə müəyyənləşdirilib:

Müdafiə qüvvələri: 3 milyard 369 milyon 570 min 986 manat;

Milli təhlükəsizlik: 479 milyon 181 min 155 manat;

Sərhəd xidməti: 553 milyon 977 min 316 manat;

Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər: 4 milyard 413 milyon 672 min 93 manat.

Bu bölgüdə diqqət çəkən məqam xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün ayrılan 4 milyard manatdır. Bu məbləğ müdafiə qüvvələrinin saxlanılması üçün nəzərdə tutulan 3,37 milyard manatdan da çoxdur.

Büdcə vəsaitlərinin əsas hissəsi hansı istiqamətlərə gedəcək?

Təqdim olunan rəqəmlər göstərir ki, müdafiə və milli təhlükəsizlik xərclərinin böyük hissəsi iki istiqamətdə cəmləşir: xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər, eləcə də müdafiə qüvvələrinin maliyyələşdirilməsi.

Qeyd edək ki, göstərilən məbləğlər 2027-ci il dövlət büdcəsinin layihəsində nəzərdə tutulan xərclərdir. Onların yekun həcmi büdcə qanununun təsdiqlənmiş variantından asılı olacaq.

S. Abdulla

AzPost.az

Post navigation

Previous: Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub?
Next: 2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.