Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək

Sabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı iclasda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Heyətdə İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də var.

Əvvəlki məqalə

Burkina-Faso hərbçiləri Nigerə daxil olub

Sonrakı məqalə

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib