Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

User 06 Dekabr 2023 - 19:05 (Last updated: 21 May 2025 - 20:15)
az turk herbi iclas

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb. Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə dair geniş müzakirələr aparılıb.
Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İ.Özsertə təqdim olunub.
Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar.

15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.

Post navigation

Previous: Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Next: “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

Oxşar xəbərlər

eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36

xƏBƏR

paltaryuyan
  • Maraqlı

Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq

User 30 Oktyabr 2026 - 12:29
Bir çox insan paltar yuyulduqdan dərhal sonra paltaryuyan maşının qapısını bağlamağa çalışır. Onlar bunu qapının menteşələrinin və...
Read more about Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.