Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

28 Dekabr 2020 - 00:17

Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar və kabel 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binadakı digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.