Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyası başlayıb

User 12 Oktyabr 2025 - 18:00 (Last updated: 12 Oktyabr 2025 - 18:00)
hakim02

Bu gün Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının (International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.

APA xəbər verir ki, Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə — hakimlər, vəkillər və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Oktyabrın 12-dən 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin, ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.

Oktyabrın 14-də “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil ediləcək.

Assambleya çərçivəsində həmçinin Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti vəzifəsinə seçkilərin keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, 12–17 oktyabr tarixlərində “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunacaq. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdiriləcək.

Xatırladaq ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Misirə işgüzar səfərə gedib
Next: Şeyxülislam ABŞ-da tanınmış din xadimi, ravvin Artur Şnayerlə görüşüb

Oxşar xəbərlər

prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17
AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44

xƏBƏR

telefon sarj
  • Maraqlı

Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər

User 27 Oktyabr 2026 - 20:14
Mobil cihazların və batareya ilə işləyən texnikaların sahibləri enerji doldurarkən çox vaxt fərqinə varmadıqları səhvlərə yol verirlər....
Read more about Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər
İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı mucteba xameneyi
  • Dünya

İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı

User 27 Oktyabr 2026 - 19:59
“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı baxceli
  • Dünya

“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı

User 27 Oktyabr 2026 - 19:38
Ərdoğan yüksək səviyyədə qapalı toplantı keçirdi – Hakan Fidan və kəşfiyyat rəhbəri də qatıldı erdoqan iclas
  • Dünya

Ərdoğan yüksək səviyyədə qapalı toplantı keçirdi – Hakan Fidan və kəşfiyyat rəhbəri də qatıldı

User 27 Oktyabr 2026 - 19:05
Alimlər “gözəgörünməz plaş” hazırladılar – necə işləyir? plas gorunmez
  • Maraqlı

Alimlər “gözəgörünməz plaş” hazırladılar – necə işləyir?

User 27 Oktyabr 2026 - 19:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.