Bakıda dostunun evində narkotik maddə qəbul edən kişi ölüb

02 Yanvar 2020 - 16:14

Bakıda 41 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Məlumata görə, Şüvəlan qəsəbə sakini Seymur Rəcəbov dostunun evində narkotik vasitə qəbul edib. Halı pisləşən S.Rəcəbov həmin evdə vəfat edib.

İlkin ehtimala görə, ölümə səbəb narkotik maddənin yüksək dozada qəbul edilməsi olub.

Faktla bağlı araşdrma aparılır.