Bakıda dənizdə batdığı guman edilən şəxs 7 ay sonra sağ tapılıb

oqlan

Bakıda 7 aydır itkin kimi axtarılan şəxs tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən K. Qurbanlının dənizdə batdığı ehtimal olunurdu.

Onun indiyədək harada olduğu hələlik açıqlanmayıb.

AzPost.az