Bakıda qadının brilyant qaşlı zinət əşyası oğurlanıb.
Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə mayın 14-ü axşam saatlarında Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü A.Hüseynovanın naməlum şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalması və 1800 manat dəyərində brilyant qaşlı zinət əşyasının oğurlanması ilə bağlı məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini 1977-ci il təvəllüdlü N.Manafov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.