Bakıda hamilə qadın bətnindəki körpə ilə birgə xəstəxanada ölüb

Bakıda 22 həftəlik hamilə qadın ölüb.

Hadisə ötən gün Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaq ilə birlikdə ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Ş. Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də “Mitral qapağın protezinin trombozu” diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanılıb”-

Sonrakı məqalə

Ermənistan gecə snayper tüfəngləri ilə atəşkəsi pozub