Bakıda hər gün neçə nəfər velosiped kirayələyir?

672342d363a13672342d363a141730364115672342d363a11672342d363a12

Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.

O bildirib ki, indiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub:

“Bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 şəxs olur. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 qeydiyyat olub”.