Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda II Gənc Kardioloqlar Forumu rəsmi açılış mərasimi ilə işinə başlayıb

User 26 Sentyabr 2026 - 18:27 (Last updated: 26 Sentyabr 2026 - 18:27)
Forum

Bakıda gənc kardioloqların peşəkar inkişafına, müasir tibbi biliklərin paylaşılmasına və yeni nəsil mütəxəssislər arasında təcrübə mübadiləsinə həsr olunan II Gənc Kardioloqlar Forumunun rəsmi açılış mərasimi keçirilib.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, forumun sədri Gülnaz Dadaşova gənc kardioloqların peşəkar inkişafına yaradılan imkanların yalnız onların fərdi karyera inkişafı baxımından deyil, bütövlükdə ölkənin səhiyyə sisteminin və kardiologiya sahəsinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənc mütəxəssislərə göstərilən diqqət və onların inkişafı üçün yaradılan imkanlar olduqca dəyərlidir: “Çünki bu gün yetişdirdiyimiz gənc həkimlər sabah Azərbaycan səhiyyəsinin əsas aparıcı qüvvələrindən biri olacaqlar. Bizim əsas məqsədlərimizdən biri gənc həkimləri təcrübəli mütəxəssislərlə bir araya gətirmək, onların yeni biliklər əldə etməsinə, praktiki təcrübə qazanmasına və öz potensiallarını nümayiş etdirməsinə şərait yaratmaqdır. İnanıram ki, bu forum gənc kardioloqların gələcək fəaliyyətinə və Azərbaycan kardiologiyasının inkişafına mühüm töhfə verəcək”.

Açılış mərasimində Milli Məclisin deputatları Hicran Hüseynova və Şahin İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Elnarə Muradova və digər qonaqlar da çıxış ediblər.

Çıxışlarda gənclərin peşəkar inkişafının, onların elmi və ictimai fəaliyyətə fəal cəlb olunmasının, eləcə də səhiyyə sahəsində yeni nəslin formalaşmasına göstərilən diqqətin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, II Gənc Kardioloqlar Forumunun əsas tədbirindən əvvəl müxtəlif istiqamətləri əhatə edən xüsusi kurslara start verilib. Forum çərçivəsində TAVI istiqaməti üzrə praktiki kurs, eləcə də aritmologiyaya həsr olunmuş hibrid formatlı kurs keçirilib.

Forumun əsas proqramında müasir kardiologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodları, innovativ texnologiyalar və gənc mütəxəssislərin peşəkar inkişafı ilə bağlı məruzələr, müzakirələr və təcrübə mübadiləsi keçirilir.

II Gənc Kardioloqlar Forumu gənc həkimlərin bilik və bacarıqlarının artırılması, təcrübəli mütəxəssislərlə əlaqələrinin genişləndirilməsi və Azərbaycan kardiologiyasının gələcək inkişafında yeni nəslin rolunun gücləndirilməsi məqsədilə təşkil olunub. Forum 2 gün davam edib və ümumi 17 DTT olaraq qiymətləndirilib.

AzPost.az

Post navigation

Previous: Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Next: Tovuzda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.