Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir –

Ən az yoluxanlar hansı rayondadır? (SİYAHI)
19 Avqust 2021 - 11:29

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

“Koronavirus.info” xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 11.3 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.3 faiz, Nəsimidə 7.8 faiz, Xəzərdə 7.3 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 5.0 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.