Bakıda koronavirusla bağlı təcili yardıma müraciətlərin sayı azalıb

“COVID-19-a gündəlik yoluxma sayı az olanda müraciətlər az olur”.

Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib. O bildirib ki, son günlər müraciətlərin sayı xeyli azalıb: “Ağırlaşmalar demək olar ki, qeydə alınmır. Çox az sayda hospitalizasiya olur. “Əvvəllər COVID-19-la bağlı çağırışlarda ağırlaşma hallarına çox rast gəlirdik, bu da evdə müalicə və ya xəstəliyin gizlədilməsi nəticəsində baş verirdi. Həmin şəxslər ən son məqamda təcili tibbi yardıma müraciət edirdilər. Belə şəxsləri boğulma halında xəstəxanaya çatdırırdıq. Son zamanlar isə koronavirsla bağlı öskürək, temperatur və əzələ ağrısı ilə bağlı müraciətlərə rast gəlinir”.

Həkim qeyd edib ki, bəzən kəskin respirator virus infeksiyası ilə bağlı müraciət olur: “Müraciətlərin artma səbəbi budur. Bəlkə də bu, müsbət haldır. Yəni, hər hansı insan hərarət, belə hallar müşahidə edirsə, müayinə olunmaq istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayram günlərində təcili yardıma müraciətlərin sayı açıqlanıb

Sonrakı məqalə

Təcili yardım stansiyası: Aqressiyanı anlayışla qarşılayırıq