Bakıda küləyin fəsadlarından 11 nəfər xəsarət alıb

11 Noyabr 2021 - 09:49

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.