Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.

Əvvəlki məqalə

Şuşada Zəfər konserti

Sonrakı məqalə

Şəkidə 64 yaşlı məktəb direktoru rabitə dirəyindən yeri yıxılıb