Bakıda neçə küçəyə Şəhidlərin adı verilib? –AÇIQLAMA

Bu günə qədər Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsi qəhrəmanı fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Liverpul”, “Çelsi” və “Mançester Siti”dən qələbə –

Sonrakı məqalə

Borca görə axtarışda olan 41 nəfər saxlanılıb –