Borca görə axtarışda olan 41 nəfər saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 43 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-dən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.  Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda neçə küçəyə Şəhidlərin adı verilib? –

Sonrakı məqalə

Vilayət Eyvazov Şəmkirin polis rəisinin müavinini vəzifədən çıxartdı