Bakıda restoranda yanğın başlayıb.
Hadisə M. Əliyev küçəsində yerləşən “Neolit” restoranında qeydə alınıb.
Yanğının söndürülməsi üçün tədbirlər görülür.
paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
**

Paytaxtın Nizami rayonunda yerləşən “Neolit” restoranında baş verən yanğın tam söndürülüb.
APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN DYMX İctimaiyyətlə Əlaqə sektorunun rəisi Əlibala Əlizadə bildirib.
O, qeyd edib ki, hazırda ərazidə baş vermiş yanğınlıa bağlı konstruktiv söküntü işləri aparılır.
Hadisə zamanı xəsarət alan olmayıb.