Bakıda oğul anasını öldürüb

Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş infeksionist əhaliyə müraciət etdi –

Sonrakı məqalə

Azərbaycan əsirlikdə olan livanlı erməni qadınını geri qaytarıb –