Bakıda intihara cəhd hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.
Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb. Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.